Gəncədə Mərkəzi univermağın yanında bordürlər yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindədir. Bu haqda Gencexeber.az-a 25 noyabr tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Nağıbəy Şeyxzamanov küçəsində müşahidə edilir. Əldə etdiyimiz məlumata əsasən, bordürlər illərdir istifadəsiz orada qalaraq piyadaların hərəkətinə maneə törədirlər.
Sakinlərin sözlərinə görə, maraqlı hal budur ki, inivermağın yanından sağa döndükdə 15 metr məsafədə evlərin qarşısında bordür yoxdur.