14.3 C
Gence
14.3 C
Gence

Gəncədə ilk dəfə “Muğam Müsabiqəsi” keçiriləcək

Gəncədə ilk dəfə olaraq “Nizami ili” çərçivəsində “Muğam Müsabiqəsi” keçiriləcək. Müsabiqə Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.

Iki turdan ibarət olacaq müsabiqəyə sənəd qəbulu 10 noyabr tarixinədək davam edəcək. Yarışın sonunda iştirakçılara sertifikat və diplomlar təqdim olunacaq.

Iştirak etmək istəyən şəxslər Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniya ünvanına şəxsiyyət vəsigəsi, 3×4 şəkil və tərcümeyi hal gətirərək qeydiyyatdan keçə bilərlər.

Əlaqə nömrəsi: (055) 889-68-28

Ən Çox Oxunan