24.8 C
Gence
24.8 C
Gence

Gəncədə ikinci Qarabağ müharibəsinin başlanmasının ildönümü ilə bağlı tədbir keçiriləcək

Gəncədə Şəhidlər Xiyabanında tədbir keçiriləcək. Bu haqda Gencexeber.az-ın müxbiri məlumat verib.

27 sentyabr saat 9:00-da baş tutacaq tədbir ikinci Qarabağ müharibəsinin başlanmasının ildönümünə həsr ediləcək. Mərasim Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən təşkil oluncaq.

Orada Gəncə şəhər İcra Hakimiyyətinin başçısı, qurumun əməkdaşları, müharibə iştirakçıları və qaziləri, şəhid ailələrinin üzvləri və şəhər sakinləri iştirak edəcəklər.

Ən Çox Oxunan