Gəncədə ümumtəhsil məktəblərində personalın çox hissəsi vaksinasiya olunub.
Şəhər məktəb və liseylərində işçilərin 94%-i vaksinin birinci dozasını vurdurublar. Bu haqda məlumatı Gəncə şəhər Təhsil İdarəsi Facebook səhifəsində paylaşıb.
“İkinci doza peyvənd olunanların sayının tədrisin bərpa olunacağı tarixədək 90% olacağı gözlənilir”- deyə paylaşımda qeyd olunub.
Ən çox Əhməd Cavad adına 2 nömrəli məktəbin işçiləri vaksinasiya olunub. Məktəbin personalının 98,9%-i koronavirusa qarşı birinci doza peyvənd olunub. Ən az isə 45 nömrəli xüsusi məktəbin işçiləri birinci doza vaksinasiyadan keçib. Bu nəticə 90% təşkil edir.
Bundan öncə, Gəncənin 50 faiz əhalisi peyvənd olunması haqda xəbər vermişdik.