24.7 C
Gence
24.7 C
Gence

Gəncədə iki gün ödənişsiz skolioz müayinəsi təşkil olunacaq

Gəncədə Ortez-protez mərkəzi, keçiriləcək ödənişsiz müayinələrin tarixlərini açıqlayıb. Bu haqda Gencexeber.az-a yanvarın 11-i məlumat daxil olub.

Mərkəz tərəfindən protez və ortezlərin hazırlanması və təmiri, skolioz müayinəsi və korreksiyası həyata keçirilir.

Müayinələr aşağıda göstərilən ünvanlarda və saatlarda keçiriləcək:

  • “Best Lab Clinic”də yanvarın 14-ü saat 15:00-dan 17:00-dək. Klinika Heydər Əliyev prospekti, 85 ünvanında yerləşir.
  • Gəncə Beynəlxalq xəstəxanasında yanvarın 15-i saat 10:00-dan 15:00-dək. Hospital Heydər Əliyev prospekti, 60 ünvanında yerləşir.

Qeydiyyatdan keçmək istəyən şəxslər (055) 409 29 90 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Ən Çox Oxunan