Gəncədə uşaqlar üçün əyləncə meydançaları quraşdırılıb. Bu haqda 17 mart tarixində Gəncəxəbər.az xəbər verir.
Şəhərin bir sıra yaşayış komplekslərində balacalar üçün oyun meydançaları yaradılıb. Hazırda Həsən Əliyev, 70-74 ünvanında və Atatürk prospektində quraşdırılan oyun parkları təhvil verilib. Orada uşaqlar üçün yelləncəklər, sürüşkənlər və idman alətləri qoyulub.