Gəncədə 7 məktəb üzrə 261 uşaq icma əsaslı məktəbəqədər hazırlıq məşğələlərinə cəlb olunub. Bu haqda Gəncə Şəhər Təhsil İdarəsi rəsmi Fecebook səhifəsində paylaşım edib.
Qeyd olunan layihənin məqsədi üç-dörd yaşlı uşaqların təhsilə olan maraqlarını genişləndirməkdir. Məktəbin və valideyinlərin bu prosesdə fəal iştirakının təmin etməkdir.
Daha öncə, Gəncədə 3074 uşaq məktəbəhazırlıq qruplarında təhsil alması haqda xəbər vermişdik.