22.5 C
Gence
22.5 C
Gence

Gəncədə icma inkişafı və sahibkarlıq üzrə keçirilən sessiyalar başa çatıb

Gəncədə icma inkişafı və sahibkarlıq təhsili istiqamətləri üzrə keçirilən sessiyalar başa çatıb. Bu haqda Gənclərin Resurs Mərkəzi məlumat paylaşıb.

Mərkəz tərəfindən keçirilən təlimlər gənclər üçün nəzərdə tutulmuşdur. 11 oktyabr tarixində sentyabr ayının iştirakçılarına sertifikatlar təqdim olunub. Daha sonra gənclər öz təəssüratlarını paylaşıblar.

Qeyd edək ki, təlimlər Erasmus+ Açar Fəaliyyət 2 Proqramı çərçivəsində Gənclərin məşğulluq, sahibkarlıq təhsili və icma inkişafı layihəsi çərçivəsində keçirilir.

 

Ən Çox Oxunan