25.8 C
Gence
25.8 C
Gence

“Gəncədə işsizlik problemi var”

“Gəncədə işsizlik problemi var. Sosial problemlərin də kifayət qədər olduğunu bilirik”. Bu fikirləri millət vəkili Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Gəncədə metro tikintisini həyata keçirmək lazımdır. Şəhər çox böyükdür. Burada nəqliyyat infrastrukturunu yenidən qurmaq lazımdır. Xeyli işlər görülməsinə baxmayaraq sosial gərginliyi azaldacaq, insanların məşğulluğunu təmin edə biləcək məsələlər hələ çözülməyib.

Millət vəkili Fazil Mustafa bunu da əlavə edib ki, universitetlərin, nazirliklərin bir qismini Gəncəyə köçürmək lazımdır.

Ən Çox Oxunan