24.7 C
Gence
24.7 C
Gence

Gəncədə işıq xətlərinin yenilənməsi işləri davam edir

Gəncədə daha bir küçədə işıq xətləri yenilənir. Bu haqda 18 oktyabr tarixində Gencexeber.az-ın müxbiri məlumat verib.

Şəhərin Əhməd Cəmil küçəsində bu gündən işlər başlayıb. Orada 500 metrlik məsafədə ərazi qazılıb.

Aldığımız məlumata əsasən, bütün küçədə işıq xətləri yenilənəcək. Hələlik əraziyə işıq dirəkləri gətirilməyib. İşlərin nə vaxt bitəcəyi məlum deyil.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan