24.7 C
Gence
24.7 C
Gence

Gəncədə işıq təchizatı kəsiləndə şagirdlər evə buraxılır

Gəncə məktəblərində alternativ enerji mənbələrinin olmaması bir sıra çətinliklər yaradır. Belə ki, qış aylarında işıq təchizatı kəsiləndə, təhsil ocaqlarının rəhbərləri qaranlıq səbəbindən şagirdləri evə buraxmalı olurlar.

Gəncədə məktəblərdən birində 22 dekabr tarixində dərslər təxirə salınıb. Bu haqda APA-ya istinadən məlumat veririk.

Məktəbdə elektrik enerjisi kəsilib. Bu səbəbdən 39 nömrəli məktəbə dərsə gələn şagirdlər evə göndərilib. Təhsil idarəsinin rəisinin sözlərinə görə, məktəbin elektrik xəttində nasazlıq yaranıb, alternativ xətt olmadığı üçün də dərslər bir günlük təxirə salınıb. Bu günün dərsləri şənbə günü, 25 dekabr tarixində keçiriləcək.

Hazırda elektrik enerjisinin təchizatı bərpa olunub. Lakin dərslər sabahdan bərpa olunacaq.

Xatırladaq ki, bir müddət öncə Gəncədə şirniyyat evində baş verən yanğın nəticəsində yaxınlıqda yerləşən 1 nömrəli tam orta məktəbin rəhbərliyi şagirdləri evə göndərmişdir.

 

Ən Çox Oxunan