14.3 C
Gence
14.3 C
Gence

Gəncədə iş imkanı

Avrora MMC Gəncə şəhəri üzrə vakansiya elan edib.

Şirkətə satış auditi üzrə mütəxəssis tələb olunur. Namizədlərdən iqtisadiyyat yönümlü bakalavr təhsili, 1 illik iş təcrübəsi, analitik düşünmə, qərar vermə, mübahisələri həll etmə qabiliyyətləri, MS Office (Excel, Word, Internet) proqramlarında iş bacarığı tələb olunur. Yaş həddi 22-30 arasıdır və namizədin avtomobilinin olması vacibdir.

İş barədə məlumat:

  • İnventarizasiya işinin aparılması
  • Satış nöqtələrinə yerində baxış keçirilməsi və əməkdaşlarımızın fəaliyyətlərinin qiymətləndirilməsi
  • Tələb edilən hallarda rayon filiallarına ezamiyyətə gedilməsi
  • Distribyutor anbarlarında mövcud olan məhsulların sayımının həyata keçirilməsi
  • Audit işinin nəticəsi haqqında müvafiq hesabatların hazırlanması
  • Xarici auditlə bağlı hesabatların təhlili və müvafiq sənədləşmənin aparılması
  • Hərəkətsiz debitor borclarının təyin edilməsi
  • İş qrafiki : 5 gün
  • Əmək haqqı: 400-600 azn
  • İş saatları: 08:00-dan 17:00-dək

Tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə “Satış Auditi-Gəncə” yazaraq [email protected] ünvanına göndərə bilərlər.

Qeyd edək ki, son müraciət tarixi 24 oktyabrdır.

Ən Çox Oxunan