20.8 C
Gence
14.5 C
Ganja

Gəncədə iş axtaranlar üçün vakansiya

İrşad Electronics Gəncə filialı üzrə vakansiya elan edib. Şirkət icraçılarla iş bölməsinə mütəxəssis axtarışındadır.

Namizədlərdən səlis Azərbaycan dilində danışma qabiliyyəti, problemli kreditlər və məhkəmə icra oqanları ilə minimum 3 il iş təcrübəsi, analitik zəka, komandada və müştərilərlə işləmək, məntiqi və riyazi hesablama aparmaq, detallara fikir vermə bacarıqları, işdə dəqiqlik tələb olunur. Rus dili və bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) iş təcrübəsi arzuolunandır. Yaş həddi 25-45 arasıdır.

Vəzifə və öhdəliklər:

  • Qüvvəyə minmiş məhkəmə orqanlarının qərarların icrası ilə bağlı icra orqanlarında Bankın adından çıxış etmək, zəruri hallarda sorğular vermək
  • İcraatında olan icra işinin gedişatına nəzarət etmək, o cümlədən aylıq ödənişlərə nəzarət etmək
  • Borclularla bağlı qanunvericiliyə uyğun olaraq məcburi icra tədbirlərinin icrasına nəzarət və icrasını tələb etmək.

Tələblərə cavab verən və maraqlanan kişi namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.