Gəncədə işaxtaranlar üçün vakansiya mövcuddur. Prior Leasing şirkəti Gəncə filialına müdir axtarışındadır.
Namizədlərdən biznesin idarə edilməsi ixtisası üzrə bakalavr təhsili, 3 il eyni vəzifədə təcrübə, sürücülük vəsiqəsi, Microsoft Office proqramlarında işləmə bacarığı tələb olunur.
İş öhdəlikləri:
– Filialın fəaliyyət dairəsinin genişləndirilməsi, yeni müştərilərin filiala cəlb olunması,prosedurların tələblərinə müvafiq yüksək keyfiyyətli xidmət göstərilməsini təşkil, nəzarət və təmin etmək və bu sahədə təkliflər vermək.
– Filialda birbaşa marketinq tədbirlərini təşkil etmək, bu tədbirlərin səmərəliliyinin yüksəldilməsi ilə bağlı təkliflər vermək.
– Fəaliyyət göstərdiyi filial tərəfindən biznes proseslər, müştəri məmnunniyyəti və digər keyfiyyət standartlarının düzgün və səmərəli formada tətbiq edilməsini təmin etmək.
– Filialda müştəri xidmətlərinin keyfiyyətinin yüksək səviyyədə olmasını təşkil etmək.
Maraqlanan və tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “Filial müdiri (Gəncə)” yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.