9.7 C
Gence
5.5 C
Ganja

Gəncədə şəhidlərin xatirəsinin əbədiləşdiriliməsi davam edir

Gəncədə İkinci Qarabağ Müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi təşəbbüsü davam edir. Şəhər ərazisində şəhidlərin portretlərini əks etdirən xatirə lövhələri yerləşdirilir.

Bunlardan bəzilərini təqdim edirik:

  1. Nəriman Nərimanov prospektində şəhid Altun Məmmədovun şərəfinə qoyulmuş plakat. Lövhə şəhidin ailəsi tərəfindən yerləşdirilib.
  2. Nizami küçəsində, Bayraq meydanı yaxınlığında şəhid Elşən Əskərovun adına yerləşdirilən lövhə. Kapitan Elşən Əskərov Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
  3. Vaqif küçəsi, 5 yol adlandırılan ərazidə isə plakat qoyulub. Orada müharibə dövründə dünyasını dəyişən şəhidlərin şəkilləri əks etdirilib. “Gəncənin 44 günlük Vətən Müharibəsi şəhidləri – zəfərimizin qəhrəmanları. Bu lövhə şəhid Hacı Raufun qardaşları tərəfindən Gəncə qəhrəmanlarının xatirəsinə hazırlanıb” – deyə lövhədə yazılıb.

Bundan öncə, 19 avqust tarixində avtobus dayanacaqlarına şəhidlərin şəkillərini yerləşdirilməsi işıqladırılmışdır.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan