Yeni Gəncə qəsəbəsində bir neçə yeni ehsan bulaqları inşa olunub. Bu haqda məlumatı Gencexeber.az 31 avqust tarixində verib.
- Şəhid Oruc Vəliyev və şəhid Taqi Əsgərov adına ehsan bulaqları qəsəbənin 28 may küçəsində yerləşir.
- Şəhid Şöhrət Əliyev adına ehsan bulağı Bayan küçəsi 1 ünvanındadır.
- Şəhid Rəşad Budaqov adına ehsan bulağı Ələkbər Seyfi küçəsində yer alır.
Qeyd edək ki, bulaqlar sakinlərin və valideyinlərin şəxsi hesabına tikilib.
Daha öncə, avqustun 27-si Rəşad Ələkbərov adına inşa edilən bulaq haqqında məlumat vermişdik.
İkinci Qarabağ müharibəsi dövründə Gəncə 96 nəfər şəhid verib.

