24.8 C
Gence
24.8 C
Gence

Gəncədə şəhidlərin xatirəsinə olimpiada keçirilib

Gəncədə şəhid müəllimlərin xatirəsinə həsr olunmuş olimpiada keçirilib. Bu haqda Gəncə şəhər Təhsil İdarəsi 26 oktyabr tarixində məlumat paylaşıb.

Şəhid Rabil İsmayılov və Rəşad Məmmədova həsr olunmuş olimpiada riyaziyyat və tarix fənnləri üzrə baş tutub. Təhsil yarışmasında riyaziyyat fənnindən VII və tarix fənnindən isə VIII sinif şagirdləri iştirak ediblər.

Yarışmanın məqsədi Vətən müharibəsində canlarını fəda edən müəllimlərimizin əziz xatirəsini yad etməkdir.

Qeyd edək ki, olimpiadanın şəhər mərhələsi 30 oktyabr keçiriləcək.

Ən Çox Oxunan