20.8 C
Gence
14.5 C
Ganja

Gəncədə şəhidlərin anım günü keçirilib

Gəncədə 21 oktyabr tarixində şəhidlərin xatirəsi anılıb. Bu haqda Milli Məclisin rəsmi səhifəsində məlumat paylaşılıb.

Vətən müharibəsi şəhidləri Sahib Həsənov və Taleh Abdullayevin anım günləri keçirilib. Tədbirdə deputatlar Musa Quliyev, Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb. Canlarını Vətən uğrunda fəda edən şəhidlərimizin xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.