21.4 C
Gence
21.4 C
Gence

Gəncədə şəhidlərə həsr olunmuş sərgi təşkil olunacaq

Gəncədə rəsm sərgisi keçiriləcək. Bu haqda 28 yanvar tarixində Gəncə Gənclər Evi məlumat paylaşıb.

“Şanlı Qələbəmizin Qəhrəmanları” adlı tədbir 31 yanvar tarixində saat 15:00-da baş tutacaq. Rəsm dərnəyinin tələbəsi Aysel Ağamalıyeva şəhidlərimiz və qazilərimizin portretlərini qara qələm texnologiyası ilə çəkərək tamamlamışdır. Bu tədbir kurs rəhbəri Sona Məhərrəmovanın sonuncu sərgisinin davamı olaraq təşkil olunur. Bu dəfə yalnız Aysel xanımın əsərləri nümayiş olunacaq.

Qeyd edək ki, Gənclər Evi 28 May küçəsi, 34 ünvanında yerləşir.

Ən Çox Oxunan