24.1 C
Gence
24.1 C
Gence

Gəncədə Şəhidlər Abidəsi inşa edilib: 7 noyabrda parkın açılışı olacaq

Gəncənin Poçt qəsəbəsində inşa edilən Şəhidlər Abidəsinin açılışı olacaq. Bu haqda Gencexeber.az-ın müxbiri 6 noyabr tarixində məlumat verib.

Park İsrafilbəyov küçəsində, 7 nömrəli marşrut xəttinin sonuncu dayanacağında yerləşir. Orada hər iki Qarabağ savaşları zamanı vətəni naminə canlarından keçən şəhidlərin rəsmləri yerləşdirilib. Kiçik fontan tikilib. Ərazidə müxtəlif növ ağaclar və çiçəklər əkilib.

Açılış mərasimi sabah, 7 noyabr tarixində baş tutacaq. Təşkilatçılar tərəfindən hazırlanan tədbirdə şəhər sakinlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, Şəhidlər Abidəsi 1 aprel – 30 sentyabr 2021-ci il aralığında inşa edilib.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan