21.4 C
Gence
21.4 C
Gence

Gəncədə şəhidin xatirəsinə atası ehsan bulağı tikir

Gəncədə şəhid Elvin Mustafayevin adına şəhid bulağı tikilir. Bu haqda 30 noyabr tarixində məlumat daxil olub.

Bulaq Cavadxan (Avtozavod) qəsəbəsinə gedən yolun kənarında, Süleyman Rəhimov küçəsində inşa edilir. Şəhid atası tərəfindən tikilən bulağın son tamamlanma işləri görülür.

Elvin Mustafayev 1992-ci il martın 14-də Gəncə şəhərində göz açıb. Azərbaycan Ordusunun əsgəri olan Elvin oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi, aprelin 27-də tapılıb.

Elvin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən aşağıda göstərilən medallar ilə təltif olunmuşdur:

  • “Vətən uğrunda” medalı;
  • “Cəsur döyüşçü” medalı;
  • “Kəlbəcərin azad olunmasına görə” medalı.

Ən Çox Oxunan