14.3 C
Gence
14.3 C
Gence

Gəncədə şəhidin doğum günü münasibəti ilə xatirəsi əbədiləşdirilib

Gəncədə şəhid Rəşad Ələkbərovun adına ehsan bulağının açılışı baş tutub.

Tədbirdə şəhidin yaxınları, erməni əsirliyində olan Bayram Kərimov və şəhər sakinəri iştirak ediblər. Tikilinin ön hissəsində Rəşad Ələkbərovun rəsmi, arxasında isə Gəncədən digər şəhidlərin rəsmləri yerləşdirilib.

Bulaq Azərbaycan Texnologiya Universitetinin yanında yerləşən Bol marketin qarşısında inşa edilib.

Rəşad Ələkbərov, Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib. Şuşa işğaldan azad olduqdan sonra ordumuzun Şuşa-Laçın istiqamətində irəliləyişi zamanı noyabrın 9-da şəhid olub. Gəncənin Şəhidlər Xiyabanında dəfn edilib.

Daha öncə, 13 sentyabr tarixində Rəşad Ələkbərov adına bulağın açılışı olacağı barədə xəbər vermişdik.

Ən Çox Oxunan