Gəncədə üç şəhidin adına ehsan bulağı inşa edilib. Açılış mərasimi 6 noyabr saat 12:00-da baş tutacaq.
Bulaq Qızıl Hacılı küçəsində, Vərəm xəstəxanasının yanında inşa edilib.
Şəhid Vüsal Məmmədov, Turxan Məmmədov və Oruc Vəliyevin əziz xatirələrinə ehtiram əlaməti olaraq bulağın açılışına hər kəs gələ bilər.