Gəncədə 25 oktyabr tarixində şəhid övladlarının doğum günləri keçirilib. Bu haqda Facebook sosial şəbəkəsində məlumat paylaşılıb.
Şəhidimiz Bəhruz Isgəndərovun qızı Mədinənin 1 yaşı, Eltay Quliyevin qızı Şölənin 4 yaşı, Ceyhun Abbasovun qızı Kəmalənin 6 yaşı, Rəhman Bayramovun qızı Aylinin 6 yaşı və Araz Məmmədovun oğlu Əlinin 15 yaşı təbrik edilib. Uşaqlara müxtəlif hədiyyələr verilib.