26.4 C
Gence
26.4 C
Gence

Gəncədə şəhid övladları üçün tədbir keçirilib

Gəncədə şəhid və qazi ailələri üçün konsert baş tutub. Bu haqda Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsində məlumat dərc edilib.

Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin səs-muğam söbəsinin müəllimi Xəyal Əliyevin şagirdləri – Bəxtiyar Quliyev, Tuncay Həsənov, Siddiq Verdiyev, Cəlal Səfiyev musiqili proqram çərçivəsində çıxış ediblər.

Tədbir Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Ən Çox Oxunan