27.5 C
Gence
27.5 C
Gence

Gəncədə şəhid övladları üçün pulsuz ingilis dili dərsləri var

Gəncədə şəhid, qazi və müharibədən əziyyət çəkmiş ailələrin övladları üçün ödənişsiz dərslər keçirilir. Bu haqda Gencexeber.az-a 11 yanvar tarixində məlumat daxil olub.

Amerika səfirliyinin maliyyə dəstəyi ilə qeyd olunan şəxslərin övladları üçün pulsuz ingilis dili dərsləri keçirilir. Layihə 10-14 yaşlı uşaqlara şamil olunur və “Kuki kids” uşaq bağçasında təşkil edilir.

Dərslər aşağıdakı cədvələ uyğun olaraq keçirilir:

  • I, III, V günlər saat 14:00-dan 15:00-dək, 15:00-dan 16:00-dək
  • II, IV, VI günlər isə 10:00-dan 11:00-dək, 14:00-dan 15:00-dək.

Maraqlanan şəxslər (055) 719 40 15 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Uşaq bağçası Eminbəyli küçəsi, 28 ünvanında yerləşir.

Ən Çox Oxunan