26.4 C
Gence
26.4 C
Gence

Gəncədə şəhid övladları üçün ekskursiya təşkil olunub

Gəncədə “Qəhrəman övladlarının ekskursiyası” adlı tədbir baş tutub. Bu haqda dekabrın 25-i Apa.az-a istinadən məlumat veririk.

Şəhidlərin övladları üçün təşkil olunan tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin iştirakı ilə keçirilib.

Balacalar Heydər Əliyev Park-Kompleksində yerləşən mərkəzlə tanış olublar. Daha sonra onlar “İstiqlal” parkına gələrək, buradakı “Memorial Abidə Komplkesinin” önünə gül dəstələri düzüblər.

Qəhrəman övladlarının ekskursiyası “Gəncland” istirahət və əyləncə mərkəzində davam edib. Burada onlar səhnəciklərə tamaşa edib, müxtəlif attraksionlarda əyləniblər.

Ən Çox Oxunan