22.5 C
Gence
22.5 C
Gence

Gəncədə şəhid övladı atasının ildönümü münasibətilə ziyarət olunub

Gəncədə şəhid Sərxan Muxtarovun ildönümü münasibətilə xatirəsi anılıb. Bu haqda Gencexeber.az-a yanvarın 13-ü məlumat daxil olub.

Gəncə Şəhidlər xiyabanında keçirilən mərasimdə şəhidin yaxınları, sakinlər və qazilər iştirak ediblər. Mərhumun məzarı önünə gül dəstələri qoyulub və dualar oxunub.

Daha sonra “Happyland” uşaq bağçasında şəhidin zabit yoldaşları Çimnaz adlı qızını ziyarət ediblər.

Sərxan İlqar oğlu Muxtarov 26 iyun 1988-ci ildə Gəncə şəhərində dünyaya gəlib. Mayor Muxtarov Vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Zəngilan rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Qubadlı rayonunda minaya düşərək şəhidlik zirvəsinə ucalan mayor Muxtarov 13 yanvar 2021-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Ən Çox Oxunan