24.8 C
Gence
24.8 C
Gence

Gəncədə şəhid və qazi övladları kapoeyra dərslərinə cəlb olunublar

Gəncədə şəhid və qazi övladlarına kapoeyra dərsləri keçirilib. Bu haqda 6 dekabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Azərbaycan Kapoeyra federasiyasının və BMT-nin qaçqınlar üzrə ali komissarlığının təşkilatçılığı ilə “Münaqişədən sonra gənclər və uşaqlara dəstək” adlı lahiyə təşkil olunub. Ona əsasən Gəncə şəhərində müharibədən əziyyət çəkən uşaq və gənclərə, eləcə də şəhid və qazi övladlarına kapoeyra dərsləri keçilir.

Qeyd edək ki, 30-dan çox şəxsin qatıldığı layihə 3 ay davam edəcək.

 

Ən Çox Oxunan