24.7 C
Gence
24.7 C
Gence

Gəncədə şəhid Rəvan Daşdəmirovun anım günüdür

Gəncədə 29 oktyabr tarixində şəhid Rəvan Daşdəmirovun anım mərasimi keçiriləcək. Bu haqda Gencexeber.az-a məlumat daxil olub.

Tədbir 11:00-da Gəncə şəhər Şəhidlər Xiyabanında baş tutacaq. Daha sonra Muxtar Hacıyev (keçmiş Aida İmanquliyeva) küçəsində sakinlərin Aysberqin arxasındakı binalar adlandırdığı ərazidə mərasim mağarında davam edəcək. Hər kəs burada iştirak edə bilər.

Şəhid Rəvan Daşdəmirov 6 mart 1994-cü ildə Gəncədə anadan olub. O, Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezidentin Sərəncamına əsasən şəhid ölümündən sonra ” Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Ən Çox Oxunan