25.8 C
Gence
25.8 C
Gence

Gəncədə şəhid Orxan Yusubovun xatirəsi anılıb

Bu gün şəhid Orxan Yusubovun anadan olmasından 30 il keçir.

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialında “Şəhidlər bizim and yerimiz, qürur mənbəyimizdir” adlı anım günü keçirilib. Orada şəhidin həyatından və döyüş yolundan danışılıb. Onun ruhuna dualar oxunub və xatirəsi anılıb.

Yusubov Orxan Allahverdi oğlu 19 yanvar 1992-ci ildə Gəncə şəhərində dünyaya gəlib. O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmişdir. 27 sentyabr 2020-ci il tarixində Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Uzun müddətdən sonra tapılan nəşi 4 iyun 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Şəhid Orxan Yusubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən aşağıda göstərilənlərlə təltif olunmuşdur:

  • “Vətən uğrunda” medalı (ölümündən sonra);
  • “Cəsur döyüşçü” medalı (ölümündən sonra);
  • “Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra).

Ən Çox Oxunan