24.1 C
Gence
24.1 C
Gence

Gəncədə şəhid Oruc Vəliyevin ildönümü keçirilib

Gəncədə şəhid Oruc Vəliyevin torpağa tapşırılmasının ildönümü qeyd olunub. Bu haqda Gencexeber.az-a 17 dekabr tarixində məlumat daxil olub.

Gəncə Şəhidlər Xiyabanında keçirilən tədbirdə Orucun ailəsi, yaxınları, Gəncə şəhər İcra Hakimi Niyazi Bayramov, sakinlər və qazilər iştirak ediblər. Onun məzarı önünə güllər düzülüb, ruhuna dualar oxunub. Ziyarət zamanı şəhidin döyüş yolundan danışılıb. Daha sonra Poçt qəsəbəsində yerləşən “Tural” şadlıq sarayında ehsan veriləcək.

Oruc Ramiz oğlu Vəliyev 13 iyul 1994-cü ildə Gəncə şəhərində doğulub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Oruc 1 oktyabr 2020-ci il tarixində yaralı yoldaşını döyüş bölgəsindən çıxarmaq istəyərkən şəhidlik zirvəsinə yüksəlmişdir. Onun uzun müddətdən sonra nəşi tapılıb və 18 dekabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Oruc Ramiz oğlu Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, aşağıda göstərilən medallarla təltif olunmuşdur:

  • “Vətən uğrunda” medalı;
  • “Kəlbəcərin azad olunmasına görə”.
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan