19 C
Gence
19 C
Gence

Gəncədə şəhid mayor Sərxan İlqar oğlu Muxtarovun plakatı yerləşdirilir

Gəncənin Ozan küçəsində şəhidin xatirəsinə lövhə yerləşdirilir. Bu haqda Gencexeber.az-a yanvarın 26-sı məlumat daxil olub.

Şəhid mayor Sərxan İlqar oğlu Muxtarovun plakatı Azərbaycan Dövlət Aqrar Universitetinin qarşısında qoyulur.

Sərxan İlqar oğlu Muxtarov 26 iyun 1988-ci ildə Gəncə şəhərində dünyaya gəlib. Mayor Muxtarov Vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Zəngilan rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Qubadlı rayonunda minaya düşərək şəhidlik zirvəsinə ucalan mayor Muxtarov 13 yanvar 2021-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Ən Çox Oxunan