24.8 C
Gence
24.8 C
Gence

Gəncədə şəhid Araz Məmmədovun xatirəsi anılıb

Gəncədə şəhid ailəsinin iştirakı ilə tədbir keçirilib. Bu haqda 26 yanvar tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

“Cəsur kəşfiyyatçı” adlanan onlayn tədbir şəhid Araz Məmmədovun xatirəsinə həsr olunub. Burada onun ailə üzvləri iştirak ediblər. 24 saylı kitabxana filialının müdiri Rahilə Qasımova şəhidlərimizin və qazilərimizin göstərdikləri qəhrəmanlıqlardan danışıb. Şəhidin ailə üzvləri də tədbirdə çıxış ediblər. Daha sonra 19 nömrəli tam orta məktəbin şagirdi Aysel Əlizadə “Şəhidlər ölməz” adlı şeir deyib.

Çıxış edən hər kəs şəhidin qorxmaz, mərd olduğunu vurğulayıb. Onun komandiri Arazın bir neçə idman növündə əldə etdiyi uğurların dəqiq kəşfiyyatçı olmasında vacib rol oynadığını qeyd edib.

Ən Çox Oxunan