22.5 C
Gence
22.5 C
Gence

Gəncədə şəhid ailə üzvləri və qazilərə ödənişsiz psixoloji konsultasiya xidməti göstəriləcək

Gəncədə Şəhid ailələri və qazilər üçün pulsuz müayinə olacaq. Bu haqda Gəncə Memorial Hospital məlumat paylaşıb.

İnci Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru, psixoloq Ramidə Oktayqızı 26 fevral tarixində şəhid ailə üzvləri və qazilərə ödənişsiz konsultasiya keçirəcək. Bunun üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.

Həkim aşağıdakı sahələr üzrə fəaliyyət göstərir:

Uşaqlarda:

  • Diqqət əskikliyi,
  • Pedaqoji baxımsızlıq,
  • Yaddaş pozuntusu,
  • Davranış pozuntusu,
  • Aqressiya,
  • Enurez,
  • İQ və EQ yoxlanışı,
  • Qorxuların korreksiyası,
  • Autizm Spektr Pozuntusu,
  • Psixi İnkişaf Ləngiməsi və s.
  • Yeniyetmə və Abituriyentlərlə psixoloji iş

Böyüklərdə:

  • Panik Atak,
  • OKP Obsessiv Kompulsiv Pozuntu,
  • Həyəcan Təşviş Pozuntuları,
  • Gərginlik,
  • Aqressiya,
  • Ailədaxili münaqişələr,
  • Boşanma dövrü yaşanan psixoloji problemlər,
  • Motivasiya problemi və s.

Qeydiyyatdan keçmək istəyənlər (022) 428 97 97, (070) 628 97 97, (070) 528 97 97 nömrələri ilə əlaqə saxlaya bilərlər. Hospital Şah İsmayıl Xətai prospekti, 550 (Dan Ulduzu Şadlıq Sarayının yanı) ünvanında yərləşir.

Ən Çox Oxunan