Gəncədə VətənimİZ layihəsi davam edir. Bu haqda Gəncə Gənclər Evi məlumat paylaşıb.
22 oktyabr tarixində layihə çərçivəsində Vətən müharibəsi şəhidi Həsən Abdullayevin ailəsi ziyarət olunub. Gəncə Gənclər Evinin nümayəndələri şəhidin evində olublar.
Qeyd edək ki, layihənin əsas məqsədi şəhid ailələrini ziyarət edərək onları daim diqqətdə saxlamaqdır.
