19.1 C
Gence
19.1 C
Gence

Gəncədə şəhid ailəsi üçün ev tikilir

Gəncədə şəhid ailəsinə ev veriləcək.

Şəhid Vahid Qurbanovun ailəsinə hədiyyə olunan evin təməlqoyma mərasimi keçirilib. “Üç otaq, bir zal, bir hamam təşkil ediblər. Balamın xəyallarını gerçəkləşdiriblər. Əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm,” deyərək mərasimdə şəhidin anası Nurlana Babayeva bildirib.

Təşkilatçı Samir Məmmədovun sözlərinə görə, Gəncədə şəhid ailələri üçün təməli qoyulan üçüncü evdir.

19 yaşlı Vahid Qurbanov 30 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, Füzulinin və Xocavəndin azad olunmasına görə medallarla təltif olunub.

Ən Çox Oxunan