24.8 C
Gence
24.8 C
Gence

Gəncədə şəhid ailələrinə mənzillər verilib

Gəncədə şəhid ailələri və müharibə əlillərinə mənzillər verilib. Bu haqda Apa.az-a istinadən dekabrın 30-u xəbər veririk.

Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi yaşayış kompleksində 80 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim olunub. Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak ediblər.

Qeyd edək ki, Gəncədə indiyədək 12.100-dən çox şəhid ailəsi və müharibə əlilinə nazirlik tərəfindən mənzil və fərdi ev təqdim edilib.

Ən Çox Oxunan