19.1 C
Gence
19.1 C
Gence

Gəncədə şəhid ailələri ziyarət olunub

Gəncədə yerləşən Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid ailələri ziyarət olunub. Bu haqda məlumat Gencexeber.az 25 sentyabr tarixində qurumun rəsmi səhifəsinə istinadən xəbər verir.

Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin əməkdaşları şəhid İsmayıl Qabilovun və kapitan İlham Fərzəliyevin ailələrini ziyarət ediblər.

Qeyd edək ki, əməkdaşlar onların sosial problemləri ilə maraqlanıblar. Daha sonra şəhid məzarlarının üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunmuşdur.

Ən Çox Oxunan