24.1 C
Gence
24.1 C
Gence

Gəncədə şəhid ailələri və qazilərlə görüş keçirilib

Gəncədə icra başçıları şəhid ailələri və qazilərlə görüşüb. Bu haqda 25 yanvar tarixində Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.

Görüşdə Nizami və Kəpəz rayonlarının icra başçıları, bələdiyyə sədrləri, İcra Hakimiyyətinin məsul nümayəndələri, idarə və təşkilat rəhbərləri iştirak ediblər. Burada şəhid ailələri və qazilərin müraciətləri dinlənilib. Problemlər arasında maddi yardım, müalicə üçün köməklik, yaşayış evinin tikintisi üçün torpaq, təhsil, səhiyyə və s. məsələlər olub.

Araşdırılması vacib olan məsələlər müvafiq qurumlara yönləndirilib. Müraciətlərdən bəziləri yerindəcə həllini tapıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto
Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto
Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto
Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto

Ən Çox Oxunan