26.4 C
Gence
26.4 C
Gence

Gəncədə şəhid adına tikilən ehsan bulağının açılışı olub

Gəncədə 4 noyabr tarixində Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib. Bu haqda Gencexeber.az Oxu.az-a istinadən məlumat verir.

Tədbirdə şəhid Səxavət Həsənovun adına tikilən ehsan bulağının da açılışı baş tutub. Mərasimdə şəhidin yaxınları, yerli sakinlər və kinoteatrlar şəbəkəsinin kollektivi iştirak edib.

Burada onun iş yoldaşları və dostları xoş xatirələri haqda danışıblar. Şəhidin məzarı ziyarət olunub və üzərinə güllər qoyulub.

Qeyd edək ki, Səxavət Alim oğlu Həsənov 3 noyabr 2020-ci il tarixində Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. O, 15 dekabr 2020-ci il tarixində ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Ən Çox Oxunan