24.1 C
Gence
24.1 C
Gence

Gəncədə əhalinin dəqiq statistikası açıqlanıb

Gəncə şəhərində əhalinin sayı açıqlanıb. Bu haqda 7 dekabr tarixində Marja.az-a istinadən məlumat veririk.

125 kvadrat kilometri əhatə edən Gəncədə 335 min 828 nəfər yaşayır. Əhalinin 152 min 918 nəfəri Nizami rayonunda, 182 min 910 nəfəri isə Kəpəz rayonunda yaşayır. Əhalinin 48,8 faizi kişilərdən, 52,2 faizi isə qadınlardan ibarətdir.

Qeyd edək ki, 2021-ci ilin 9 ayında 1980 ölüm halı qeydə alınmışdır. 2021-ci ilin yanvar-sentyabr aylarında şəhərdə 1171 nikaha daxilolma və 575 boşanma halları qeydə alınmışdır.

Ən Çox Oxunan