Gəncədə Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri buradakı vəziyyətdən narazıdırlar.
Yolda asfalt örtüyü və işıqlandırılma yoxdur. Sakinlərin sözlərinə görə, yağış yağanda bütün küçə su altında qalır. Yaranan vəziyyət avtomobil və piyadaların hərəkətində maneələr törədir.
“Qarşıdan dərslər açılır. Məktəbə gedən uşaqlar küçədən çıxanda geyindikləri paltar bərbad hala düşür. Küçədə antisanitar vəziyyət hökm sürür” – deyə sakinlər bildirir.
Məqalədə təqdim etdiyimiz video iyul ayında çəkilib. Yağmurlu hava zamanı küçənin kanalizasiya sistemi daşaraq ərazini su basır.