22.5 C
Gence
22.5 C
Gence

Gəncədə “Həmrəylik matçı” oynanılıb

Gəncədə “Həmrəylik matçı” adı altında oyun keçirilib. Bu haqda Kəpəz televiziyasına istinadən məlumat veririk.

Oyunda Gəncənin tanınmış sabiq futbolçuları, hazırda da aktiv oyunçu karyerasını davam etdirən idmançılar və məşqçilər iştirak ediblər. Görüş Gəncə şəhər stadionunun yardımçı meydançasında keçirilib.

Qeyd edək ki, matç 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Gəncənin tarixi adının qaytarılmasının 32-ci il dönümünə həsr olunub.

 

Ən Çox Oxunan