25.8 C
Gence
25.8 C
Gence

Gəncədə genişmiqyaslı təmir-bərpa və abadlıq işləri davam etdirilir

Gəncədə bir neçə gündür genişmiqyaslı təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bu haqda Gencexeber.az-a yanvarın 7-si məlumat daxil olub.

İşlərə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları cəlb olunublar. Şəhərin müxtəlif ərazilərində küçə və prospektlərdə olan yaşıllıqlara qulluq göstərilir, ağacların dibləri bellənir, qurumuş budaqları kəsilir, yeni ağac və gül kolları əkilir.

Qeyd edək ki, son 3 ayda Gəncənin müxətlif ərazilərində 8 mindən çox ağac əkilib və bu proses hazırda da davam etdirilir.

Ən Çox Oxunan