Gəncədə əmək yarmarkası keçirilib. Bu haqda məlumat iyulun 15-i Gencexeber.az-a daxil olub.
Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən İcra Hakimiyyətinin qarşısında təşkil edilib. Orada işsiz və işaxtaran şəxslərə 101 müəssisə tərəfindən 1460 vakant iş yerləri təqdim edilib.
Qeyd edək ki, iş yerləri iqtisadi fəaliyyət növünə görə, Gəncənin əmək bazarının tələbatına uyğun olaraq təqdim edilib.

