21.4 C
Gence
21.4 C
Gence

Gəncədə güzəştli mənzillər nümayiş olunub

Gəncə Yaşayış Kompleksində inşa edilən güzəştli mənzillərin nümayişi baş tutub. Bu haqda 17 dekabr tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin saytında məlumat yerləşdirilib.

Xatırladaq ki, mənzillər 23 dekabr 2021-ci il tarixində satışa çıxarılacaq. Bunun üçün agent bankların və qiymətləndirici şirkətlərin nümayəndələri ilə kompleksin ərazisində görüş təşkil olunub. Orada istifadə olunan inşaat materialları və təmir növləri haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, Gəncə Yaşayış Kompleksinin www.gence.mida.gov.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilə baxıla bilər.

Əlavə məlumatı aşağıdakılardan əldə etmək olar:

Ən Çox Oxunan