19.1 C
Gence
19.1 C
Gence

Gəncədə görkəmli yazıçının Qərib Mehtinin 85 illik yubileyi qeyd olunacaq

Gəncədə görkəmli yazıcı Qərib Mehtinin 85 illik ümumşəhər yubiley tədbiri qeyd olunacaq. Bu haqda Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsində məlumat paylaşılıb.

Yubiley Məhsəti Gəncəvi Mətkəzində dekabrın 15-i saat 16:00-da keçiriləcək. Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin təşkilatçılığı ilə baş tutacaq.

Qərib Mehdiyev 21 iyun 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olmuşdur. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçmüşlər. O, 1957-1959-cu illərdə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərmişdir. Daha sonra yazıcı Gəncə rayon deputatları sovetinə seçilmişdir. Yazıçı 1971-ci ildən Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda çıxan çoxtrajlı “Yüksəliş” qəzetinin redaktoru vəzifəsində işləmişdir.

Qərib Mehtiyev aşağıda göstərilən mükafat və medalla təltif olunmuşdur:

  • Əməkdar jurnalist;
  • Həsən bəy Zərdabi adına mükafatı;
  • “Məmməd Araz” ali ədəbi mükafatı laureatı;
  • “Cəsarətli jurnalist”.

Ən Çox Oxunan