Gəncə Şəhər İcra Hakimiyyətində tələbə adını qazanan şəhid övladı ilə görüş keçirilib. Bu haqda 16 sentyabr tarixində qurumun rəsmi səhifəsində xəbər paylaşılıb.
Görüşdə iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin və Təhsil idarəsinin səlahiyyətli şəxsləri olmaqla, digər qurumların təmsilçiləri də Sevil Əliyevanı təbrik ediblər. Ona vətənə layiq övlad olmağı arzulayaraq, həyatda uğurlar diləyiblər. Sonda tələbəyə gül dəstəsi və planşet hədiyyə olunub.
Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar İqtisadiyyat fakültəsinə qəbul olunub.
Qeyd edək ki, Sevil Əliyevanın valideynləri 11 oktyabr 2020-ci il tarixində vəfat etmişdilər. Onların yaşadığı çoxmənzilli binalarda 9 nəfər həlak olmuşdu, 6-sı uşaq olmaqla 34 nəfər yaralanmışdır.