Gəncədə “Gəncliyimiz İnkişaf Proqramı” layihəsi baş tutacaq. Bu haqda 2 noyabr tarixində təşkilatın rəsmi İnstagram səhifəsində məlumat paylaşılıb.
Layihə Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə 10 noyabr – 27 dekabr tarixlərində təşkil olunacaq. Təlimlər əyani formatda saat 10:00-dan 12:30-dək davam etdiriləcək.
18-29 yaş aralığında olan gənclərin iştirak edə biləcəyi layihənin sonunda diplom və ya sertifikat təqdim olunacaq.
Iştirak etmək istəyən şəxslər link-ə daxil olaraq qeydiyyatdan keçə bilərlər.